...

Teatr direktorunun avtomobilini qarət edən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 29 Mart 2022 11:18 (UTC +04:00)
Teatr direktorunun avtomobilini qarət edən keçmiş məhkum saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda teatr direktorunun avtomobilini qarət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti