...

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Hadisə Materials 6 Aprel 2022 11:21 (UTC +04:00)
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Oleq Baluyev, Yevlax rayon sakini Şükür Əzizov, Samux rayon sakini Cəbrayıl İlyasov və Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1562 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti