...

Sənaye tullantılarını yandıran şirkət direktoru cərimələnib

Hadisə Materials 2 May 2022 11:54 (UTC +04:00)
Sənaye tullantılarını yandıran şirkət direktoru cərimələnib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, aprelin 30-da Sumqayıt Şəhər Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının İnşaatçılar qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə hüquqi şəxs “Aznur” ASC-nin direktoru R.Hüseynov, fiziki şəxslər R.Davudov və E.Kərimov barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti