...

Yunanıstanda meşə yanğını evlərə və avtomobillərə ziyan vurub

Hadisə Materials 5 İyun 2022 04:37 (UTC +04:00)
Yunanıstanda meşə yanğını evlərə və avtomobillərə ziyan vurub

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afina şəhəri ətrafında nəzarətdən çıxan meşə yanğını evlərə və avtomobillərə ziyan vurub.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, güclü külək alovu sürətlə Hymettus dağının yamaclarına yayıb.

Ehtiyat tədbiri olaraq, mülki müdafiə orqanları Afinanın mərkəzindən 20 kilometr uzaqlıqda olan Voula və Qlifada bölgələrinin bəzi hissələrini təxliyə ediblər.

Yanğınsöndürmə idarəsinin sözçüsü güclü şimal küləyi nəticəsində yanğının sürətlə yayılaraq şəhərə yaxınlaşdığını bildirib.

Altı yanğınsöndürən təyyarə və dörd helikopterin köməyi ilə 130-dan çox qüvvə yanğının söndürülməsinə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti