...

Bakıda ağır qəza, ölən və yaralanan var

Hadisə Materials 13 İyun 2022 10:34 (UTC +04:00)
Bakıda ağır qəza, ölən və yaralanan var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 12-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.İsmayılzadənin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini E.Quliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti