...

Bərdə sakini həmkəndlisini güllələdi

Hadisə Materials 13 İyun 2022 12:33 (UTC +04:00)
Bərdə sakini həmkəndlisini güllələdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb.

Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti