Bakı. Trend:
Ağdaş rayonunda fəhləni iş yerində elektrik cərəyanı vurub öldürüb.
Ağdaş rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 28-i saat 14 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Elnur Osmanov fəhlə kimi
işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün
nəzərdə tutulan göldə təmizlik işləri apararkən işlək vəziyyətdə
olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının
onu vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin
314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.