Bərdə. Trend:
Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyalar yanıb.
Trend-in yerli bürosunun məlumatına görə, kənd sakini Muxtarov Elmir Məhər oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub. Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev tamamilə yanıb. Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.