Bakı. Trend:
Göyçay şəhərində ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildirilib ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.