...

Qəbələdə evdə yanğın olub

Hadisə Materials 22 Sentyabr 2022 23:46 (UTC +04:00)
Qəbələdə evdə yanğın olub

Bakı. Trend:

Qəbələ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunun Zarağan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin çardağının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti