...

Bakıda yeniyetmə 3-cü mərtəbədən yıxılıb (VİDEO)

Hadisə Materials 26 Sentyabr 2022 09:30 (UTC +04:00)
Bakıda yeniyetmə 3-cü mərtəbədən yıxılıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yeniyetmə binadan yıxılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2009-cu il təvəllüdlü vətəndaş ehtiyatsızlıqdan beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb 1-ci mərtəbənin eyvanının artırma hissəsinin beton örtüyünün üzərinə düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı aşağı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti