...

FHN əməkdaşları yoldakı subasma ilə bağlı əraziyə cəlb olunub

Hadisə Materials 15 Oktyabr 2022 09:51 (UTC +04:00)
FHN əməkdaşları yoldakı subasma ilə bağlı əraziyə cəlb olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti