Bakı. Trend:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 9 nəfər, o cümlədən yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilib, 2 nəfər yanıq xəsarəti alıb.