...

Gəncə sakini dəm qazından ölüb

Hadisə Materials 23 Noyabr 2022 20:06 (UTC +04:00)
Gəncə sakini dəm qazından ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirilib ki, araşdırmalar zamanı 2020-ci il təvəllüdlü Z.İsayevanın dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın isə zəhərlənməsi məlum olub. Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti