...

Dövlət Sərhəd Xidməti Akademiyasının binasında yanğın başlayıb (VİDEO)

Hadisə Materials 6 Dekabr 2022 17:11 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti Akademiyasının binasında yanğın başlayıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti Akademiyasının binasında yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Hazırda binada yanğının lokallaşdırılması ilə bağlı tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Binadakı şəxslər təxliyyə edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlıumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti