...

Sabirabad sakini eşşək ətini dağ keçisi adı ilə satmaq istəyib

Hadisə Materials 23 Dekabr 2022 11:06 (UTC +04:00)
Sabirabad sakini eşşək ətini dağ keçisi adı ilə satmaq istəyib

Bakı. Trend:

Sabirabad sakini eşşəkləri dağ keçisi adı ilə satmaq üçün kəsib.

Trend-in məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.

Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti