...

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb

Hadisə Materials 29 Dekabr 2022 14:47 (UTC +04:00)
Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb

Bakı. Trend:

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə rayonun Gavran kəndində olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti