Bakı. Trend:
Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.
Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.
Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.