...

Qazax və Beyləqanda birmərtəbəli ev yanıb

Hadisə Materials 10 Yanvar 2023 23:17 (UTC +04:00)
Qazax və Beyləqanda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Qazax şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və 1 otağının tavanı 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Beyləqan rayonu, Yeni qəsəbə yaşayış massivində ümumi sahəsi 121 m² olan birmərtəbəli evdə 1 m² sahədə döşəmə, 1 ədəd televizor, 1 ədəd kondisioner, kreslo və yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti