...

Qanunsuz ov edən şəxslər cəzalandırılıb (FOTO)

Hadisə Materials 11 Yanvar 2023 09:19 (UTC +04:00)
Qanunsuz ov edən şəxslər cəzalandırılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerin Sumqayıt şəhər sakini Ruslan Xələfov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Keçirilən nəzarət tədbirləri zamanı, eyni zamanda Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, Ağstafaçay, Qarqarçay çaylarından və Yuxarı Qarabağ kanalından ümumilikdə 186 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Aydın Əzizov, Qobustan rayon sakini İqbal Xocaməmmədov, Naftalan şəhər sakinləri Nicat Əliyev və Elsevər Bədəlov saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti