...

Dağıstanda yol qəzası nəticəsində 10 nəfər ölüb

Hadisə Materials 22 Yanvar 2023 01:37 (UTC +04:00)
Dağıstanda yol qəzası nəticəsində 10 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasının Babayurtovski rayonunda mikroavtobus magistral yolda metal dirəyə çırpılıb.

Trend-in məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi öz "Telegram" kanalında bildirib.

Qeyd olunub ki, qəza nəticəsində biri azyaşlı olmaqla “Mercedes” mikroavotbusunun 10 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.

Hadisənin səbəbi, xəsarət alanların kimliyi və sayı dəqiqləşdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti