...

Bərdədə ağır qəza olub, bir nəfər ölüb

Hadisə Materials 7 Fevral 2023 12:05 (UTC +04:00)
Bərdədə ağır qəza olub, bir nəfər ölüb

Trend-i buradan izləyin

Bərdə. Trend:

Bərdədə ağır qəza baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində "VAZ" və "Xəzər" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Yevlax rayon sakini Elnur Orucov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti