...

Tovuzda 8 otaqlı ev yanıb

Hadisə Materials 3 Mart 2023 22:27 (UTC +04:00)
Tovuzda 8 otaqlı ev yanıb

Bakı. Trend:

Tovuz rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti