...

Tovuzda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Hadisə Materials 16 Aprel 2023 13:37 (UTC +04:00)
Tovuzda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Tovuz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Bundan başqa “VAZ 2106” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini Zaur Nəsibov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Z. Nəsibov narkotik vasitədən istifadə etdiyi məlum olub. Sürücü barəsində protokol tərtib olunaraq baxılması Tovuz Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti