Bakı. Trend:
İyulun 22-də Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Taryel Musayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Gədəbəy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 1992-ci il təvəllüdlü Səyidə Musayevanın Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evlərindən birində aralarında yaranmış mübahisədən sonra əri Taryel Musayevə bıçaqla xəsarət yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. S.Musayeva iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.