...

Şəmkirdə iki avtomobil toqquşub - ölənlər var

Hadisə Materials 2 Avqust 2023 09:29 (UTC +04:00)
Şəmkirdə iki avtomobil toqquşub - ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qədim Qala kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü Ceyhun Ağazadə və 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Fəxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti