...

Evlərdən mobil telefon oğurlayan keçmiş məhkumlar saxlanılıb

Hadisə Materials 4 Avqust 2023 11:06 (UTC +04:00)
Evlərdən mobil telefon oğurlayan keçmiş məhkumlar saxlanılıb

Bakı. Trend:

Nərimanov rayonunda evlərdən mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Vüqar İslamov və Qulu Lətifov saxlanılıblar.

Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti