...

Zəlzələdən sonra qatarların qrafik üzrə hərəkəti tam bərpa edilib - RƏSMİ

Hadisə Materials 4 Sentyabr 2023 17:16 (UTC +04:00)
Zəlzələdən sonra qatarların qrafik üzrə hərəkəti tam bərpa edilib - RƏSMİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

3 sentyabr saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yollarə” QSC-nin (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dan Trend-ə verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəymədiyi məlum olub.

"Yük qatarlarının hərəkəti tam bərpa edilib. Sərnişin qatarları da hazırda qrafik üzrə hərəkət edir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti