...

Astarada kəndi sel basdı, 2 körpü uçdu (VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 18 Sentyabr 2023 12:33 (UTC +04:00)
Astarada kəndi sel basdı, 2 körpü uçdu (VİDEO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir:

"Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır".

Qeyd edək ki, senytabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.

xxx

11:01

Astarada rayonunun Vaqo kəndini sel basıb.

Trend xəbər verir ki, hadisə naticəsində kənddə olan körpü uçub.

Körpünün uçması nəticəsində əhalinin şəhər mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd edək ki, güclü yağan yağışlar nəticəsində Astara rayonun Ərçivan kəndini də sel basıb.Şəxsi evlərə, həyətyanı sahələrə su dolub. Təsərəüffatlara ciddi ziyan dəydiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti