Bakı. Trend:
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “ZİL” markalı yük avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.