...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 2 Yanvar 2024 23:03 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 m² sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti