...

Xəzər dənizində gəmiyə su dolub, sərnişinlər təxliyə ediliblər

Hadisə Materials 26 Yanvar 2024 23:00 (UTC +04:00)
Xəzər dənizində gəmiyə su dolub, sərnişinlər təxliyə ediliblər

Bakı. Trend:

Bu gün saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.

Bu barədə Trend-ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib.

Qeyd olunub ki, hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

“PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti