...

Bakıda baş vermiş partlayışla bağlı araşdırma aparılır - Baş Prokurorluq

Hadisə Materials 7 Oktyabr 2024 15:38 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB baş vermiş partlayışda 6 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Bildirilir ki, 6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti