...

Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşdu - Ölən və yaralananlar var (FOTO)

Hadisə Materials 26 Fevral 2025 12:07 (UTC +04:00)
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşdu - Ölən və yaralananlar var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə yük maşını ilə minik avtomoili toqquşub, 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, minik avtomobilinin sürücüsü 1979-cu il təvəllüdlü İmanov Allahverdi Yusif oğlu hadisə yerində ölüb.

Minik maşınında olan digər sərnişinlər - 1942-ci il təvəllüdlü İmanov Yusif Allahverdi oğlu,1948-ci il təvəllüdlü Nadirov Cəlilabad Əbdül oğlu və 1972-ci il təvəllüdlü Əhmədov Vüqar Cəmşid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardımın iki briqadası vasitəsi ilə rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti