...

Qubada sosial şəbəkədə dələduzluq edən şəxslər saxlanılıb (VİDEO)

Hadisə Materials 27 Fevral 2025 08:49 (UTC +04:00)
Qubada sosial şəbəkədə dələduzluq edən şəxslər saxlanılıb (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “Telegram" sosial şəbəkəsində kiber üsullarla vətəndaşın pul vəsaitini talayan və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxaran əvvəllər məhkum olunmuş Hafiz Hacıyev və Mədət Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Araşdırmalarla həmin şəxslərin zərərçəkmişin 9055 manatını dələduzluq yolu ilə əldə etdikləri aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

"Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Quba RPŞ-ə məlumat vermələri xahiş olunur", - deyə DİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti