...

Şərurda oğurluq edənlər həbs olundu

Hadisə Materials 28 Fevral 2025 18:40 (UTC +04:00)
Şərurda oğurluq edənlər həbs olundu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şərur rayonunda oğurluq edən iki nəfər həbs olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şərur rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 8000 manatlıq nağd pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Tahirov və Emin İbrahimov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

S.Tahirov və E.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti