...

Oğuzda narkotik alverçiləri tutulub (FOTO/VİDEO)

Hadisə Materials 1 Mart 2025 09:41 (UTC +04:00)
Oğuzda narkotik alverçiləri tutulub (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlərlə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 48 yaşlı Zaman Mabudov və 41 yaşlı Samir Mustafayev saxlanılıb.

Onlardan narkotik vasitə marixuana aşkar olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər tutularaq istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti