...

Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır - AQTA

Hadisə Materials 3 Mart 2025 11:49 (UTC +04:00)
Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır - AQTA
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik bildirib ki, hadisənin qida zəhərlənməsi olub-olmaması araşdırılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağdamın Əfətli kəndində 6 nəfər tortdan zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti