Bakı. Trend:
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) barələrində verilən hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunkaşıb.
Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac
Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan
məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub.
Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa
bilməz.
Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.