...

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb (FOTO/VİDEO)

Hadisə Materials 6 Mart 2025 12:45 (UTC +04:00)
Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistan Respublikası ilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilmiş yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti