...

Bakı metrosunda qatarda nasazlıq yaranıb

Hadisə Materials 6 Mart 2025 18:33 (UTC +04:00)
Bakı metrosunda qatarda nasazlıq yaranıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Metronun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Trend xəbər verir ki, bu barədə "BakıMetropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

"Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - qurumdan vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti