...

Ucarda ərzaq mağazası yanıb

Hadisə Materials 18 Mart 2025 08:43 (UTC +04:00)
Ucarda ərzaq mağazası yanıb

Bakı. Trend:

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yüksək temperaturdan mağazanın qarşısında dayanan “ГА3” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.

Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti