Bakı. Trend:
Yasamal rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında naməlum şəxsin 72 yaşlı bir nəfərə fiziki zor tətbiq etməklə 800 manat dəyərində mobil telefonunu və qol saatını talaması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı A.Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.