...

Bakıda maskalı şəxs lombarda basqın etdi, iki nəfəri ölümlə hədələdi (VİDEO)

Hadisə Materials 22 Mart 2025 12:47 (UTC +04:00)
Bakıda maskalı şəxs lombarda basqın etdi, iki nəfəri ölümlə hədələdi (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti