...

İmişlidə 82 yaşlı qadın su kanalına düşərək öldü

Hadisə Materials 22 Mart 2025 17:27 (UTC +04:00)
İmişlidə 82 yaşlı qadın su kanalına düşərək öldü
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

İmişli. Trend:

İmişlidə 82 yaşlı qadın su kanalına düşərək boğulub.

Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

İmişli şəhər sakini, 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub.

Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti