...

Xaçmazda itkin düşən 7-ci sinif şagirdi tapılıb (FOTO) (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 13 Aprel 2025 02:16 (UTC +04:00)
Xaçmazda itkin düşən 7-ci sinif şagirdi tapılıb (FOTO) (ƏLAVƏ EDİLİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.

Bu barədə Trend-ə DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.

Araşdırma aparılır.

xxx

22:59

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bugün səhər 08:30 radələrində repetiror yanına gedmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Trend-ə bildirilib ki, məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102”- Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti