Bakı. Trend:
Paytaxtın Aeroport şosesində avtomobili yüksək sürətlə idarə etmək iki qəzaya səbəb olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Aeroport şosesində qeydə alınan bu iki qəzada baş verənlərdən sürücülər nəticə çıxarmalıdırlar.
"Təəssüflər olsun ki, bəzi sürücülər yol hərəkəti qaydalarını pozmağın yol-nəqliyyat hadisələrinə səbəb olduğunu bilsələr də, bu məsələyə ciddi yanaşmırlar.
Həyat və sağlamlıqlarını heçə sayan bu tip sürücülər avtomobildə olan sərnişinlərlə yanaşı, yolda olan digər hərəkət iştirakçıları üçün də qəza təhlükəsi yaradırlar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda son dərəcə diqqətli olmağa çağırır",- deyə məlumatda qeyd edilib.