Bakı. Trend:
"TikTok" əməliyyatları nəticəsində saxlanılan Emin və Rəşad Abdullayev qardaşları barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Trend xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin olunub və təqsirləndirilən şəxslərin həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.