Bakı. Trend:
Ağsuda güclü sel ekskavatoru aşırıb.
Trend-in məlumatına görə, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Belə ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar.
Güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Ayətullalayev Pərviz Qəni oğlu hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.