Bakı. Trend:
Paytaxtın Qaradağ rayonunda nəqliyyat vasitəsi su hövzəsinə düşüb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında həmin görüntüləri əks etdirən kadrlar paylaşıb.
Məlumata görə, polis əməkdaşları köməksiz vəziyyətdə qalan sürücünü xilas ediblər.
Həmin görüntüləri təqdim edirik: